Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, "Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi" PHŞ-nin təşəbbüsü və təşkilatçılığı ilə 2023-cü ilin 9-10 fevral tarixlərində "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik IV Respublika müsabiqəsinin final mərhələsi keçrilib.
Müsabiqədə ümumtəhsil və internat məktəblərinin V-XI sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri fərdi, kollektiv, sinif, ailə və ya məktəb şəklində iştirak edən 3000 nəfər final mərhəlsinə vəsiqə qazanıb, müsabiqədə meyvəçilik, subtropik bitkilər, arıçılıq, heyvandarlıq, meşə məhsulları, tərəvəzçilik, gülçülük, dənli bitkilər, texniki bitkilər, "Balaca fermer" (I-IV siniflər), Qarabağın biomüxtəlifliyi nominasiyaları üzrə aparılıb.
Tərtər rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Aslanlı Röya Zaur oğlu həmin müsabiqədə iştirak edərək dənli bitkilər nominasiyası üzrə I yerə layiq görülüb.