Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış “Partlayıcı Sursatların Təhlükəsi barədə Ailə və Uşaqların Maarifləndirilməsinə dair 2021-2022-ci illər üçün Birgə Fəaliyyət Planı”na əsasən həyata keçirilən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” adlı layihə çərçivəsində işlər davam edir.
Fevralın 22-də şagirdlərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsini, bu yöndə pedaqoji işin təşkilini və keyfiyyətini öyrənmək, həmçinin tətbiq etmək məqsədi ilə nümayəndəliyin müavini cənab Villiam Abi Abdullah və Fövqaladə Hallar üzrə məsul işçisi Bəxtiyar Səlimovun Qarabağ Regional Təhsil İdarəsində işgüzar görüşü keçirilib.
Görüş zamanı layihənin regionda tətbiqi ilə bağlı geniş məlumat mübadiləsi aparılıb, bir neçə istiqamətdə müzakirələr olunub.
Səfər çərçivəsində Qarabağ Reginal Təhsil İdarəsi üzrə məktəblərdə layihədən yararlanan müəllim və şagirdlərlə də görüşlər təşkil olunub.
Qeyd edək ki, belə görüşlərin davam etdiriləcəyi nəzərdə tutulub.