23.02.2023

"Hərbi Qənimətlər Parkı" ziyarət edilib

Şuşa şəhər 2 nömrəli tam orta məktəbin VIII-XI sinif şagirdləri hərbi rəhbər Anar Həsənov və fiziki tərbiyə müəllimi Babək İsgəndərovun təşkilatçılığı ilə Vətən müharibəsində Azərbaycan Ordusunun darmadağın edib, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunan "Hərbi Qənimətlər Parkı"nı ziyarət ediblər.

 

Şagirdlər Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərininin bir qismi ilə tanış olublar.


Açar sözlər: ,  ,  ,