Tərtər rayon Umudlu kənd tam orta məktəbində ümumtəhsil müəssisələrinin Vlll-lX sinif şagirdləri arasında Reproduktiv sağlamlıq mövzusunda məşğələlərin keçirilməsinə start verilib.
Vlll sinifdə "Mən və mənim əhatəm", IX sinifdə isə "Təhlükəsiz informasiya axtarışı" mövzusunda məşğələlərin təşkilində və şagirdlərin düzgün maarifləndirilməsində məktəbin biologiya müəllimi Könül Hacıyeva iştirak edib.