24.02.2023

Xocalı soyqırımının otuz birinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Xocalı soyqırımının otuz birinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

 

Tədbirlərdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şagirdlərə Xocalı faciəsinin tarixindən bəhs olunub.  “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa müsabiqələri keçirilib. Həmçinin divar qəzetlərindən ibarət sərgilər təşkil olunub, guşələr və bülletenlər hazırlanıb.

 

Şagirdlər  Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,  ,