Tərtər rayon təhsil sektorunun ümumtəhsil məktəblərində fəaliyyət göstərən dərnək rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib.
Dəyirmi masada il ərzində dərnəklərin işi qiymətləndirilib və qazanılan uğurlar dərnək rəhbərlərinə nümunə olaraq göstərilib.
Mamırlı kənd tam orta məktəbin “Təbiətə qayğı” dərnəyinin rəhbəri Səbuhi Kərimov EcoPeisaje Foto Müsabiqəsində II yerin qalibi olub. 2 saylı məktəb-liseyin “Bitkilərə qulluq” dərnəyinin rəhbəri Firuzə Rüstəmzadənin isə təqdimatları və videoçarxları izlənilib və dərnək otağına baxış keçirilib.