Martın1-də Heydər Əliyev adına istirahət parkında Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektoru və Bərdə Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü oğlanlar və qızlar arasında atletika idman növü üzrə (100 və 200 metr məsafəyə qaçış) rayon birinciliyi keçirilib.
Yarışda 38 məktəbdən 113 şagird iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, Təhsil sektorunun metodisti Anar Rəsulov, atletika üzrə rayonun baş məşqçisi Nizami İsayev, respublikanın əməkdar məşqçisi və müəllimi Nurəddin Əliyev çıxış edərək ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən xüsusi diqqət və qayğıdan, son illər Azərbaycan və rayon idmançılarının atletika idman növündə əldə etdikləri yüksək nailiyyətlərdən danışaraq, idmançılara bu yarışda uğurlar arzulayıblar.
Yarışın yüksək səviyyədə keçirilməsi və qaliblərin müəyyən edilməsi üçün 4 nəfərdən ibarət tərkibdə hakimlər heyəti təyin edilib.
Gərgin mübarizə şəraitində keçən yarışda yerlər aşağıdakı kimi müəyyən olunub:
Oğlanlar (100 metr)
Qızlar (100 metr)
I yer - Həsənli İkram (Xanağalı məktəbi) I yer - Mustafayeva Bahar (Xanqaraqoyunlu mək.)
II yer - Cəlilov Zaur (Xanqaraqoyunlu m.) II yer - Ələsgərli Gültəkin (Qaradırnaq məktəbi)
III yer - Mənafov Qəzənfər (Gülgəzli m.) III yer -Əhmədzadə Dilarə (Gülgəzli məktəbi)
Oğlanlar (200 metr)
Qızlar (200 metr)
I yer - Vəliyev Rahil (Xanqaraqoyunlu m.) I yer - Allahyarlı Aysu (Xanqaraqoyunlu mək.)
II yer - Abdullayev Mahir (Soğanverdilər m.) II yer - Ələsgərli Gültəkin (Şəhər 7№li t/o məktəb)
III yer - Ağalarzadə Şükür (Zümürxan m.) III yer - Nəbizadə Nazlı (Gülgəzli məktəbi)
I,II,III və yerləri tutmuş idmançılar Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli Diplomları ilə təltif olunublar.