03.03.2023

Bərdə rayon Yalçın Yusifov adına Mollaisalar kənd tam orta məktəbi I sinfində tədbir təşkil edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən “İdman həftəsi” layihəsi çərçivəsində Bərdə rayon Yalçın Yusifov adına Mollaisalar kənd tam orta məktəbi I sinfində tədbir təşkil edilib.

 

Tədbirdə Bərdə rayon Gənclər və İdman İdarəsi üzrə məşqçi müəllim Məmmədov Rauf və tanınmış idmançılar iştirak ediblər. Tədbir çərçivəsində “İdman həftəsi” layihəsinin proqramına uyğun olaraq şagirdlərin iştirakı ilə səhər gimnastikası edib, qol güləşi və uzaq məsəfayə qaçış idman növü üzrə yarışlar keçirilib, qaliblərə mükafatlar təqdim edilib.

 

Qeyd edim ki, idman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.


Açar sözlər: ,  ,