Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının, Qarabağ Regional Təhsil idarəsinin Şuşa rayonu üzrə təhsil sektorunun və Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında futbol idman növü üzrə rayon turnirinə start verilib.
İlk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuşa rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Elnur Məhərrəmov turniri açıq elan edərək, görüş iştirakçılarını salamlayıb, yarış barədə geniş məlumat verib.
Daha sonra çıxış edən YAP Şuşa rayon təşkilatının əməkdaşı Elmir Rzayev qeyd edib ki, dahi rəhbər Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub. İqtisadiyyatın yenidən qurulması,peşəkar ordunun yaradılması, uğurlu siyasi kursun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu-bütün bunların hamısı Ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu gün də bu siyasi xətt Ümummilli Liderin layiqli davamçısı-Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra turnirə start verilib. Qaliblər müvafiq dərəcəli diplomlarla və hədiyyələrlə təltif ediliblər.