29.03.2023

“Qəhrəman Təhsil İşçiləri” adlı kitab təqdim olunub

Vətən müharibəsində iştirak etmiş təhsil işçilərinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə dərc olunmuş “Qəhrəman Təhsil İşçiləri” adlı kitab təqdim olunub.

 

 Qarabağ Regional Təhsil İdarəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Bərdə rayon Komitəsinin təşkilatçılığı ilə “Qəhrəman Təhsil İşçiləri” adlı kitab vətən müharibəsində iştirak etmiş təhsil işçilərinə təqdim edilib.

 

Tədbirdə regional idarənin rəhbərliyi və əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Bərdə rayon Komitəsinin sədri, təhsil işçiləri və digər qonaqlar iştirak edib.

 

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, onların keçdiyi həyat yolunun ümumtəhsil məktəblərində şagirdlərə örnək göstərilməsində “Qəhrəman təhsil işçiləri” adlı kitabın böyük rolu olacağını vurğulamışdır.

 

Daha sonra tədbirdə iştirak edən təhsil işçilərinə  “Qəhrəman təhsil işçiləri” adlı kitab təqdim edilib.

 

Tədbirin sonunda bir neçə müharibə iştirakçısı çıxış edərək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq bildirmiş və xatirə şəkli çəkdirmişlər.


Açar sözlər: ,  ,  ,