Martın 30-da Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov növbəti dəfə vətəndaşları qəbul edib.
Qəbul zamanı idarə müdiri vətəndaşların müraciətlərini dinləyərək onları narahat edən məsələlərlə yaxından tanış olub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib. Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Vətəndaş qəbulu zamanı, əsasən işə qəbulla bağlı müraciətlər üstünlük təşkil edib.
Qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib. Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilib.