03.04.2023

Qarabağ Regional Təhsil İdarəsi şagird sayı 500 nəfərədək olan ümumi təhsil məktəblərinə direktorların işə qəbulu müsabiqəsi elan edir

4-11 aprel tarixində  şagird sayı 500 nəfərədək və direktor vəzifəsi vakant olan Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə direktorların  işə qəbul prosesi ilə bağlı sənəd qəbulu baş tutacaq.

 

Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinin rayon üzrə təhsil sektoruna təqdim edə bilərlər.

 

Şagird sayı 150 nəfərədək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 nəfər aralığında olan ümumi təhsil müəssisələrinə isə  direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.

 

Direktor vəzifəsinə təyin olunmaq istəyən namizədlər üçün tələblər:

- Pedaqoji və ya idarəetmə  ixtisası üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji sahədə iş təcrübəsi;

- hazırda ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında pedaqoji fəaliyyət göstərməsi.

 

Aşağıdakı linkdən keçid edərək vakansiyalarla  tanış ola bilərsiniz.

 

https://kec.az/mzElT


Açar sözlər: ,