05.04.2023

2016-cı il Aprel döyüşlərinin ildönümü ilə əlaqədar “Tüfəngdən hədəfə atəş açmaq” yarışı keçirilib

            Şuşa rayon 6 nömrəli tam orta məktəbdə hərbi rəhbər Asəf Məhərrəmovun təşkilatçılığı ilə IX-XI sinif şagirdləri arasında 2016-cı il Aprel döyüşlərinin ildönümü ilə əlaqədar “Tüfəngdən hədəfə atəş açmaq” yarışı keçirilib.

            Yarışda 44 günlük müharibə zamanı uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canını fəda edən, yüksək əxlaqi keyfiyyətə malik olan qəlbində Allaha, Vətənə, millətə sevgisi olduğu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalan baş gizir Ramil Yusifovun əmanəti-X sinif şagirdi Camal Yusifov “Ən sərrast atıcı” adına, XI sinif şagirdi Rza Əliyev I yerə, X sinif şagirdi Sarvan Həsənov II yerə, IX sinif şagirdi Nihad Misirov III yerə layiq görülərək diplomla təltif olunublar.


Açar sözlər: ,  ,  ,