Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransda iştrak ediblər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi və vətən müharibəsində canlarından keçmiş igid oğullarımızın xatirəsinə salınmış şəhidlər xiyabanını ziyarət edərək önlərinə gül dəstələri düzüblər.
Ulu Öndər Heydər Əliyevə həsr olunmuş konfransda çıxış edənlər Heydər Əliyevin təhsilin inkşafında, insan kapitalının formalaşmasında rolu və Böyük Qayıdışın həyata keçirilməsi istiqamətində atdığı uğurlu addımlardan danışıblar. Şagirdləri liderin zəngin həyat və fəaliyyətini dərindən öyrənməyə, onun əsasını qoyduğu milli mənəvi dəyərləri qorumağa və inkşaf etdirməyə səsləyiblər.
Bundan əlavə, qonaqlar tədbir çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Tərtər şəhər 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərində olub, adıçəkilən məktəblərə kompüterlər və Bakı Dövlət Universiteti Elmi Kitabxanasından 271 adda 500-dək kitab hədiyyə ediblər.
Hədiyyə olunan kitablar arasında Bakı Dövlət Universitetinin nəşrləri, o cümlədən ikicildlik “Azərbaycan tarixi” kitabı, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışları və Universitet alimlərinin fəaliyyətini əks etdirən nəşrlər, bədii, tarixi, elmi əsərlər də yer alıb.