Tərtər Rayon İcra Hakimiyyəti rayon Təhsil Sektoru ilə birlikdə Xoruzlu kənd tam orta məktəbində “Narkomaniya, dini radikalizm, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, rayon Təhsil Sektorunun müdiri, YAP rayon təşkilatının sədri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.