“Heydər Əliyev İli” ilə əlaqədar olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC və Hədəf STEAM liseyinin tərəfdaşlığı ilə maarifləndirici sosial kampaniya keçirilib.
Tədbirdə Rəqəmsal İnkşaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev ,Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov ,Tərtər Rayon İcra Hakimi Müstəqim Məmmədov və digər tərəfdaşların nümayəndələri iştirak edib.
Tərtər rayonunun Xoruzlu kənd tam orta məktəbində 386 nəfər şagirdin iştirakı ilə təlim təşkil olunub. Təlimlər informasiya texnologiyalarının əsasları, sosial media marketinqi, mühəndislik və mexanika mövzularını əhatə edib.
Təlimlərin keçirilməsində əsas məqsəd kənd yerlərində yaşayan şagirdlərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının, sosial media marketinqi üzrə məlumatlılıq səviyyəsinin artırılması, şəhər və kənd məktəbləri arasında rəqəmsal fərqliliyin aradan qaldırılmasıdır.
Məktəbdə səfərdə edən qonaqlarla birgə məktəbin ayrılmış hissəsində ağaclar əkilib.
Məktəblilərin böyük marağına səbəb olan maarifləndirici tədbirin sonunda onların təlim mövzuları üzrə sualları cavablandırılıb, sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.