08 aprel 2023-cü il tarixdə Bakı şəhərində fəaliyyət göstərən Ağdam rayonu ümumi təhsil müəssisələrinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin "100 illiyi" ilə əlaqədar "Milli Dövlətçiliyimizin Simvolu, Müstəqilliyimizin Banisi" adlı tədbir keçirilib.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, Ağdam rayon sektorunun müdiri Tahir Abbasov, sektorun əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, müəllim, şagird və valideynlər iştirak ediblər.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş, şagirdlər tərəfindən çəkilən rəsmlərin sərgisi keçirilmiş, şerlər söylənmiş və mahnılar ifa edilib.