12.04.2023

Şuşa rayon təhsil sektorunun Tədbirlər Planına uyğun olaraq təşkilatın yerləşdiyi inzibatı binanın həyətində iməclik keçirilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibəti ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Şuşa rayon təhsil sektorunun Tədbirlər Planına uyğun olaraq təşkilatın yerləşdiyi inzibatı binanın həyətində iməclik keçirilib.

 

İməclikdə YAP Şuşa rayon təşkilatının və Şuşa Rayon Təhsil Sektorunun əməkdaşları iştirak ediblər.

 

İməclik zamanı ağacların gövdə ətrafları bellənib, qurumuş budaqları, xəzəllər təmizlənib, həmçinin digər yaşıllıq və abadlıq işləri görülüb.


Açar sözlər: