12.04.2023

İdarə müdiri  pedaqoji işçiləri qəbul edib

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov pedaqoji işçiləri qəbul edib.

Qəbulda əsasən, işə qəbul, yaş həddinin uzadılması, direktorların rotasiyası, iş yerinin dəyişdirilməsi və həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

         İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciətlərinin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti sektorlarının rəhbərlərinə tapşırıqlar verib.