13.04.2023

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının və Şuşa Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib.

 

Bilik yarışında Şuşa Rayon Təhsil Sektorunun əməkdaşı Rəsmiyyə Məmmədova,YAP Şuşa rayon təşkilatının məsləhətçisi Elmir Rzayev,7 nömrəli tam orta məktəbin direktoru  Elçin Dadaşov, bilik yarışının təşkilatçısı 10 nömrəli məktəbin riyaziyyat müəllimi Saleh İbrahimzadə, məktəblərin tarix müəllimləri və şagirdləri iştirak edib.

Rayonun ümumtəhsil məktəbləri arasında keçirilən bilik yarışında şagirdlər 10 komandada 4 şagird olmaqla 2 mərhələdə yarışaraq birincilik uğrunda mübarizə aparıblar.

 

Şagirdlərə Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 40 sual təqdim edilib. Yarış maraqlı və gərgin mübarizə şəraitində keçib.

 

Yarışda  I yeri 6 nömrəli məktəbin “Zirvə” komandası, II yeri  7 nömrəli məktəbin “Tarix yazan sərkərdə” komandası və III yeri 1 nömrəli məktəbin “Xarıbülbül” komandası qazanıb. 10nömrəli, Malıbəyli kənd 1 nömrəli və Xankəndi  şəhər 4 nömrəli məktəbin komandaları isə həvəsləndirici yerə layiq görülüb.

 

Yarışda yer tutan komandalara “Fəxri Fərman” təqdim olunub.


Açar sözlər: ,  ,