15.04.2023

Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Aprelin 15-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

 

Bərdə şəhər N. Nərimanov adına 3 nömrəli tam orta məktəbdə keçirilən test imtahanı mərhələsində 155 nəfər iştirak edib.

 

İmtahan zamanı namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim edilib.

 

Test imtahanı mərhələsində iştirak etmiş bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: