17.04.2023

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib

Aprelin 16-da Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

 

Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən müsabiqə Qarabağ Regional Təhsil İdarsi üzrə 5 mərkəzdə təşkil olunub.

 

Müsabiqədə ümumilikdə 281 nəfər şagird iştirak edib.

 

Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan verir.


Açar sözlər: ,  ,