Cari ildə keçirilməsi nəzərdə tutulan təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı Bərdə şəhər 4 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşlarının iştrakı ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodiki Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, rayon sektorlarının əməkdaşları və bu il üçün sertifikasiyada iştrakı nəzərdə tutulmuş müəllimlərin bir qismi iştrak ediblər.
Görüşdə sertifikatlaşdırmanın mərhələləri, təşkili, məzmunu və çərçivə sənədi ilə bağlı məsələlər barədə məlumatlar verilib və iştrakçıları maraqlandıran suallar cavablandırılıb.