2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq aprel ayının 16-da sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib.
Açıq rayon birinciliyi Xocavənd Rayon İcra Hakimiyyəti, YAP Xocavənd Rayon Təşkilatı və Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə baş tutub.
Yarış Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilərək başlamışdır.
80-ə yaxın idmançının iştirak etdiyi yarışda komanda hesabında Xocavənd komandası I, Beyləqan komandası II, Sabirabad komandası isə III yerin qalibi olub. On çəki dərəcəsində I, II, III yer tutan idmançılar diplom və medallarla təltif edilib.