18.04.2023

İdarə müdiri Gündüz Əbdülov yeni təyin olunmuş direktorlarla görüş keçirib

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov yeni təyin olunmuş direktorlarla görüş keçirib.

 

Görüşdə Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi, sektor müdirləri, idarənin əməkdaşları, yeni təyinat almış direktorlar iştirak ediblər.

 

Təhsil sahəsində aparılan islahatlardan danışan idarə müdiri ümumi təhsil məktəblərinin idarəetməsinin, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsinin, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu məktəb direktorlarının diqqətinə çatdırıb.

 

Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərindən Ağdam rayonu üzrə 10, Ağcabədi rayonu üzrə 8, Bərdə rayonu üzrə 5, Tərtər rayonu üzrə 11, Füzuli rayonu üzrə 5, Xocalı və Xocavənd rayonları üzrə 2, Şuşa rayonu üzrə 1 nəfər müsabiqədən uğurla keçərək təyinat alıblar.

 

Yeni təyinat almış direktorlara uğurlar arzulayırıq!


Açar sözlər: