Ağcabədi şəhər Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb-liseyin 140 illik yubileyi qeyd olunub.
Tədbirdə qonaq qismində Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Qarabağ Regional Təhsil idarəsinin müdir müavini Anar Məcidov, Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşları Nərminə Əmirova, Tofiq Zeynalov, Əli Əhmədov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin drektoru Mətanət Quliyeva çıxış edərək qonaqları salamlayıb, 140 illik fəaliyyəti olan təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan söz açıb. Daha sonra qonaqlar çıxış edərək məktəbin kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbirdə bir-birindən maraqlı musiqi nömrələri, şagirdlərin ifasında rəqslər və ədəbi-bədii kompozisiyalar təqdim olunub.