01.05.2023

Şagirdlər Xəzər Tv də “Xəzər axşamı” verilişinə dəvət alıblar

Şuşa rayon 24 nömrəli məktəbin Şəhid Adil İbrahimovun adıni daşıyan Vll sinif şagirdləri Xəzər Tv də “Xəzər axşamı” verilişinə dəvət alıblar.

 

Verilişdə "Azad Şuşanın qurucu STEAM şagirdləri” adlı layihəsi çərçivəsində Ələkbərli Fuad və Yolçuyev Pərvinin hazırladıqları əl işləri nümayiş etdirilib.

 

Layihə rəhbəri ,məktəbin riyaziyyat müəllimi Yasəmən Mustafazadə layihə və şagirdlərin hazırladıqları əl işləri haqqında geniş məlumat verib.


Açar sözlər: ,  ,  ,