01.05.2023

Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gənclər arasında intellektual oyun üzrə rayon müsabiqəsi keçirilib

Ağcabədi rayon Qarabağ Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gənclər arasında intellektual oyun üzrə rayon müsabiqəsi keçirilib.

 

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının birgə keçirdiyi müsabiqədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

Müsabiqədə hər komandada 5 əsas 2 ehtiyat oyunçu olmaqla, 16 komanda 4 qrupda mübarizə aparıb.

 

Qruplarda birinci yeri tutmuş komandalar arasında final oyunu keçirilib. Gərgin və maraqlı intellekt savaşı ilə keçən müsabiqənin yekun nəticələrinə əsasən Ağcabədi şəhər Şirin Hüseynov adına 2 nömrəli tam orta məktəbin komandası birinci, Məhəmməd Əsədov adına 5 nömrəli tam orta məktəbin komandası ikinci, Hacıbədəlli və Mobil həsənov adına Rəncbərlər kənd tam orta məktəblərinin komandaları üçüncü yerə layiq görülüb.

 

Qalib komandalara təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunacaq.


Açar sözlər: ,  ,