01.05.2023

Respublika fənn müsabiqələrinin və Lütfi Zadə olimpiadasının rayon mərhələsi keçirilib

30 aprel 2023-cü il tarixdə Respublika fənn müsabiqələrinin və Lütfi Zadə olimpiadasının rayon mərhələsi keçirilib.

 

Qarabağ Regional Təhsil İdarəsi üzrə imtahanlar Bərdə şəhər 2 və 3 nömrəli, Ağcabədi şəhər 3 nömrəli, Ağdam rayonu 18 nömrəli, Füzuli rayonu Bala Bəhmənli və Tərtər rayonu Sarov kənd tam orta məktəblərində təşkil olunub.

 

Müsabiqə və olimpiadada 1592 nəfər şagird iştrak edib.

 

Bütün iştirakçılara uğurlar arzulayırıq!