Qarabağ Regional Təhsil İdarəsi tərəfindən sertifikasiyada iştirak edəcək müəllimlərin iştirakı ilə görüşlər mərhələli şəkildə davam edir.
Mayın 1-də Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları Xuraman Qurbanova və Adil Məmmədlinin təşkilatçılığı ilə Microsoft Teams platforması üzərindən məktəb rəhbərləri və sertifikasiyada iştirak edəcək müəllimlərin iştirakı ilə görüş keçirilib. Görüşdə sertifikasiyanın şərtləri və keçirilmə qaydaları diqqətə çatdırılıb.
Görüşdə 500 nəfərdən çox müəllim iştirak etmiş və 100-dən çox suallar ətraflı cavablandırılmışdır.