02.05.2023

Sinif otaqlarına şəhidlərin adlarının verilməsi ilə bağlı tədbir keçirilib

Bərdə rayon R.Hüseynov adına Gülgəzli kənd tam orta məktəbində  sinif otaqlarına şəhidlərin adlarının verilməsi ilə bağlı tədbir keçirilib.


Tədbirdə şəhid ailələri, Qarabağ Regional Təhsil İdarəsinin, Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fariz Qəhrəmanov, məktəbin  məzunu olan qazilər, Şəhidlərin  döyüş yoldaşları iştirak ediblər.


Çıxış edənlər sinif otaqlarına şəhidlərin adlarının verilməsini, şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini vurğulayıblar.


Açar sözlər: ,  ,