04.05.2023

Bilik yarışmasının final mərhələsi keçirilib

“Heydər Əliyev və Mədəniyyətimiz” adlı bilik yarışmasının final mərhələsi keçirilib.

 

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Qarabağ Regional və Mərkəzi Aran Regional Təhsil İdarələrinin iştirakı ilə keçirilən müsabiqənin məqsədi Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasıdır.

 

Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb- lisey “Zəfər lideri” komandası bütün rəqiblərinə qalib gələrək zona üzrə l yerə çıxıb.

 

Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq!


Açar sözlər: