04.05.2023

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş voleybol yarışı keçirilib

Füzuli rayon 5 nömrəli məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş voleybol yarışı keçirilib.

 

Voleybol yarışı rayonun 4, 5, 46 və 56 nömrəli məktəbliləri arasında təşkil edilib.

 

Yarışda I yerə, 5 nömrəli, II yerə 4 nömrəli, III yerə isə 56 nömrəli məktəbin komandası qalib gələrək diplom və medallarla təltif ediliblər.


Açar sözlər: ,  ,