Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə növbəti görüş keçirilib.
Tərtər rayonu Adil Məmmədov adına Xoruzlu kənd tam orta məktəbdə keçirilən görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri və digər məsələlər barədə danışılıb.
Görüşdə, həmçinin sertifikatlaşdırmanın mərhələləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb.
Sonda sertifikatlaşdırma prosesi ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.