05.05.2023

“Ürəklərdə əbədi yaşar dahi şəxsiyyət” adlı tədbir keçirilib

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ürəklərdə əbədi yaşar dahi şəxsiyyət” adlı tədbir keçirilib.

 

Tədbirdə Ağdam rayon 88 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi və Ağdam RTS-nun əməkdaşları iştirak ediblər.

 

Qonaqlar Mərkəzin muzey bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.

 

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Mərkəzin baş fond mühafizi Nigar Hüseynova giriş sözü ilə çıxış edərək, qonaqları salamlayıb.

 

Ağdam rayon 88 nömrəli tam orta məktəbin direktoru Mətanət Məmmədova Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin daim tərəqqisi üçün çalışdığını, bütün ömrünü Azərbaycanın inkişafına, xalqımızın xoş gələcəyinə, firəvan həyatı uğrunda mübarizəyə həsr etdiyini qonaqların diqqətinə çatdırılıb.

 

Mərkəzin direktoru Naminə Ömərova Azərbaycanın müstəqil bir dövlət kimi qurulması və onun hərtərəfli inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırılıb.

 

Daha sonra “Heydər Əliyev ili” çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərdə fəal iştirakına görə Ağdam rayon 88 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinə öz təşəkkürünü bildirib.

 

Ağdam rayon 88 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib, rəngarəng musiqi nömrələri təqdim olunub.

 

Tədbir boyunca ümummilli lider Heydər Əliyevə həsr olunmuş video və slaydlar nümayiş etdirilib.

 

Sonda “Heydər Əliyev ili” çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərdə fəal iştirakı və birgə əməkdaşlığına görə, Ağdam rayon 88 saylı tam orta məktəbin direktoruna fəxri fərman və bir qrup şagirdinə diplomlar təqdim olunub.


Açar sözlər: ,  ,  ,  ,