06.05.2023

Ağcabədi rayonu üzrə təhsil sektorunun nümayəndələrinin iştirakı ilə tədbir keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi rayon üzrə təhsil sektorunun nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

 

Tədbir ümummilli lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən danışaraq qeyd edib ki, ulu öndərin ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin hamisinə çevrildi. Dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Heydər Əliyev çox düzgün olaraq elm-təhsil sahəsinə xüsusi diqqət göstərirdi.

 

Daha sonra Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Ağcabədi rayon komitəsinin sədri Arzu Niftəliyeva, Ağcabədi rayonu üzrə təhsil sektorunun baş məsləhətçisi Nərminə Əmirova və digərləri çıxışlarında qeyd ediblər ki, tarixi reallıqlardan aydındır ki, Heydər Əliyev SSRİ dövründə, yəni Azərbaycan Respublikasına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində də bu məsələni daim diqqət mərkəzində saxlamış, eləcə də xalqımızın unudulmaz oğlunun rəhbərliyi ilə təhsil sistemində ciddi islahatlar həyata keçirilmişdir.

 

Sonda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri Arzu Niftəliyeva tərəfindən yeni təyin olunmuş məktəb direktorlarına qiymətli hədiyyələr təqdim edilib.

 

Qonaqlar həmçinin Mərkəzin bələdçisi Səbinə Mamedova tərəfindən ekspozisiya zalında sərgilənən dahi liderə həsr olunmuş sərgi ilə yaxından tanış olublar.


Açar sözlər: