08.05.2023

“Ən yaxşı təqdimat” müsabiqəsinin final (ölkə) mərhələsi başa çatıb

Ümummili lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin final (ölkə) mərhələsi başa çatıb.

 

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərindən Füzuli rayonu Horadiz qəsəbə M. Səfərov adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Qarayeva Dəniz Qaçaq qızı II dərəcəli diplomla, Ağdam rayonu Əhmədağalı kənd tam orta məktəbinin XI sinif şagirdi Babayeva Əsli Ramin qızı III dərəcəli diplomla təltif olunub.

 

Qaliblərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,