20.06.2023

Sertifikatlaşdırılması prosesinə başlanılıb

Qarabağ Regional Təhsil İdarəsinə tabeliyində olan təhsil müəssisələri üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılıb.

 

Proses Ağcabədi şəhər 11 və Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəblər üzrə təyin olunmuş mərkəzlərdə keçirilir.

 

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov prosesin birinci seansında Bərdə rayon N. Nərimanov adına 3 nömrəli tam orta məktəbdə yerləşən mərkəzdə iştirak edib,prosesi izləyib, sertifikasiyada iştirak edən müəllimlərə uğurlar arzulayıb.

 

Qeyd edək ki, "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” na uyğun olaraq cari ilin 20-24 iyun tarixlərində sertifikatlaşdırmanın test mərhələsi keçiriləcəkdir.


Açar sözlər: ,  ,