Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci seansına başlanılıb.
Proses Ağcabədi şəhər 11 və Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəblər üzrə təyin olunmuş mərkəzlərdə keçirilir.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov prosesin ikinci seansında Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbdə yerləşən mərkəzdə iştirak edib, prosesi izləyib, sertifikasiyada iştirak edən müəllimlərə uğurlar arzulayıb.