21.06.2023

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci günü

Qarabağ Regional Təhsil İdarəsinə tabeliyində olan təhsil müəssisələri üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam edir.


Proses Ağcabədi şəhər 11 və Bərdə şəhər  N.Nərimanov adına 3 nömrəli tam orta məktəblər üzrə təyin olunmuş mərkəzlərdə keçirilir.


Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov sertifikasiyanın test imtahan mərhələsi keçirilən mərkəzlərdə iştirak  edib, prosesi izləyib, sertifikasiyada iştirak edən müəllimlərə dəstək olaraq onlara uğurlar arzulayıb.


Açar sözlər: ,  ,