Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri üzrə 22 İyun tarixində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin birinci seansı başa çatıb.
Proses Ağcabədi şəhər 11 və Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəblər üzrə təyin olunmuş mərkəzlərdə keçirilir.
Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri, aparat rəhbərinin muavinini vəzifəsini müvvəqəti icra edən Eşqi Bağırov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov prosesin birinci seansında Bərdə şəhər N. Nərimanov adına 3 nömrəli tam orta məktəbdə yerləşən mərkəzdə iştirak edib, prosesi izləyib, sertifikasiyada iştirak edən müəllimlərə uğurlar arzulayıb.