Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri üzrə 23 İyun tarixində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin birinci seansı başa çatıb.
Proses Ağcabədi şəhər 11 və Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəblər üzrə təyin olunmuş mərkəzlərdə keçirilir.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, prosesi izləyib, sertifikasiyada iştirak edən müəllimlərə uğurlar arzulayıb.