06.07.2023

6 iyul 2023-cü il tarixdən direktorların işə qəbulu imtahanına start verilir

06 iyul 2023-cü il tarixdə Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə keçiriləcək imtahanda namizədlər şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edəcəklər.

 

İmtahan 90 dəqiqə davam edəcək.

 

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, test imtahanında namizədlərə ümumilikdə 60 test tapşırığı təqdim ediləcək.

 

Bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,