05.07.2023

“Uşaq və ailələrə psixososial dəstək” layihəsinin bağlanış tədbiri keçirilib

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri​ üzrə Dövlət Komitəsi və Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı və psixoloqların fasilitatorluğu ilə həyata keçirilən “Uşaq və ailələrə psixososial dəstək” layihəsinin bağlanış tədbiri keçirilib.

 

Tədbirdə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin  əməkdaşları, Bənövşələr kənd orta məktəbin direktoru, müəllim və şagird kollektivi, valideynlər​ iştirak ediblər.


Ağdam rayonunun Bənövşələr kənd tam orta məktəbində 50 məktəblinin iştirakı ilə həyata keçirilən layihənin məqsədi Ermənistanın təcavüzü nəticəsində əziyyət çəkən ailələrin uşaqlarına sosial və psixoloji dəstək göstərilməsidir.

 

 Bu layihə çərçivəsində psixoloqların iştirakı ilə keçirilən qrup görüşlərində uşaqların emosiya və hisslərini ifadə etməsi, özünüdərk və özünüqiymətləndirmənin yüksəldilməsi, stressə davamlılığın gücləndirilməsi ilə bağlı psixoloji tapşırıqlar yerinə yetirilib.

 

Tədbirin sonunda layihə iştirakçısı olan​ 50 məktəbliyə rəsm çantaları təqdim edilib.


Açar sözlər: ,  ,