06.07.2023

Direktorların işə qəbul müsabiqəsinin test imtahanı başa çatıb

Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul müsabiqəsinin test imtahanı başa çatıb

 

İyulun 6-da Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində şagird sayı 500-dən çox və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

 

İmtahan Bərdə şəhər N .Nərimanov adına 3 nömrəli tam orta məktəbdə yerləşən mərkəzdə keçirib.

 

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, idarənin müdir muavini Anar Məcidov və idarənin sektor müdirləri imtahanın gedişatını izləyib.

 

Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə ilə bağlı qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim edilib.

 

Test imtahanında iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,