06.07.2023

Iyulun 6-da Gündüz Əbdülov növbəti dəfə vətəndaşları qəbul edib

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov növbəti dəfə vətəndaşları qəbul edib.

 

Qəbulda 70-dən çox vətəndaş iştirak edib.

 

Müraciətlərdən işlə təmin olunma və çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqavilələrinin uzadılması üstünlük təşkil edib.

 

Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

Qeyd edək ki, qəbul zamanı şəhid ailələri, qazilərin müraciətləri növbədənkənar dinlənilib. Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul edilib.


Açar sözlər: