11.07.2023

Xocavəndli güləşçi I yerin qalibi olub

Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyinə həsr edilmiş Şəki şəhərində keçirilən sərbəst  güləş üzrə Respublika turnerində 23 kiloqram çəki dərəcəsinə Xocavənd rayon Tuğ kənd 1 saylı tam orta məktəbin III sinif şagirdi və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin qrup üzvü Hüseyinli Ömər Vüsal oğlu I yerin qalibi olub.

 

Turnirdə 18 rayondan ümumilikdə 450 güləşçi iştirak edib.

 

Yarışın sonunda fərqlənən idmançılar diplom və medallarla təltif olunublar.


Açar sözlər: ,  ,