12.07.2023

Qarabağ Regional Təhsil İdarəsi üzrə yaradılmış iki mərkəzdə test imtahanı keçirilib

12 iyul 2023-cü il tarixdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başa çatıb.

 

Qarabağ Regional Təhsil İdarəsi üzrə yaradılmış iki mərkəzdə test imtahanı keçirilib.

 

Ağcabədi şəhəri M. Aranlı adına 11 nömrəli və Bərdə şəhəri N. Nərimanov adına 3 nömrəli tam orta məktəblərdə ilk seansda tarix ,coğrafiya fənni, ikinci seansda informatika, fizika, fransız dili fənləri üzrə imtahan keçirilib.

 

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov Bərdə şəhəri 3 nömrəli və idarənin müdir müavini Anar Məcidov Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbdə imtahan prosesini izləyib, imtahanın gedişatı ilə maraqlanıblar.


Açar sözlər: ,  ,  ,