11.07.2023

11 iyul 2023-cü il tarixdə Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri üçün iki mərkəzdə test imtahanı keçirilib

11 iyul 2023-cü il tarixdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başa çatıb.

 

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri üçün iki mərkəzdə test imtahanı keçirilib.

 

Ağcabədi şəhəri 11 nömrəli və Bərdə şəhəri 3 nömrəli tam orta məktəblərdə ilk seansda riyaziyyat fənni, ikinci seansda fiziki tərbiyə və kimya fənləri üzrə imtahan keçirilib.

Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov və idarənin müdir müavini Anar Məcidov Bərdə şəhəri 3 nömrəli tam orta məktəbdə imtahan prosesini izləyib, imtahanın gedişatı ilə maraqlanıblar.

 

Nəzərinizə çatdırırıq ki, bugün keçirilən test imtahanında hər iki mərkəz üzrə ilk seansda 256 nəfər, ikinci seansda 407 nəfər namizəd iştirak edib.


Açar sözlər: ,  ,  ,