Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinin idarə olunmasına cəlb olunan heyət arasından funksional vəzifələrini layiqincə yerinə yetirən bir qrup əməkdaşlarla görüş keçirib.
Görüş zamanı İdarə müdiri həm sertifikatlaşdirma prosesinin, həm də müəllimlərin işə qəbul müsabiqəsinin təhsil sahəsində aparılan islahatların tərkib hissəsini təşkil etdiyini və belə bir əhəmiyyətli proseslərin iştirakçısı olmagının məsuliyyətini diqqətə çatdırmışdır.
Sonda imtahan prosesində fəaliyyətləri üzrə fərqlənən şəxslərə "Fəxri Fərman"lar təqdim edilmişdir.